Ana səhifə / Aktual / Prezident YAP-ın yeni binasının açılışında

Prezident YAP-ın yeni binasının açılışında

Mayın 18-də Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, mərhum lider Heydər Əliyevin binanın foyesində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.

Partiya sədrinin müavini–icra katibi Əli Əhmədov binada yaradılan şərait barədə dövlət başçısına məlumat verib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …