Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Prezident söyüş söyən icra başçısını danladı

Prezident söyüş söyən icra başçısını danladı

Özbəkistan prezidenti Şövkət Mirziyoyev Əndican vilayətinin icra hakimi, yerli səhiyyə idarəsinin rəhbərini söyən Şuxrat Abdurəhmanovu yüngülvari danlayıb. 

 “Azadlıq” radiosunun özbək xidməti bildirir ki, Mirziyoyev iyulun 5-də keçirdiyi selektor müşavirəsi zamanı Abdurəhmanovun bir neçə gün əvvəl internetdə yayılmış səs yazısından danışıb, icra hakimini “təmkinli olmağa” çağırıb.

Xəbər verildiyi kimi, Əndicanın icra hakimi keçirdiyi müşavirə zamanı yerli səhiyyə idarəsinin rəhbərini “mraz”, “cırndır”, “impotent”, “heyvan” və s. bu kimi ifadələrlə söyüb, onu tikə-tikə edəcəyini deyib. Habelə səhiyyə nazirinin ünvanına ağır söyüşlər yağdırıb. Abdurəhmanovu qəzəbləndirən isə budur ki, Əndican səhiyyə idarəsinin rəhbərliyi yerli şpris zavodunun buraxdığı şprislərin keyfiyyətsiz olduğu barədə səhiyyə nazirinə şikayət edib. Nazir isə öz növbəsində məsələ ilə bağlı Baş prokurora məktub yazıb.

Həmin zavodun buraxdığı şprislərdən və tibbi əlcəklərdən istifadə barədə icra hakimi özü tapşırmıdı. Və səhiyyə idarəsinin rəhbərinin ondan gizli yuxarılara şikayət etməsinə görə bərk qəzəblənib.

“Mən sənə hörmət edirəm. Amma haqqında internetdə yayılanları eşidəndə mənim üçün ağrılı oldu. Təmkinli ol. Sədaqət başqa şeydir, fəaliyyət başqa”, – Mirziyoyev söyüşçül hakimə deyib.

Abdurəhmanov isə öz növbəsində dövlət başçısına deyib ki, səhvlərini başa düşüb, üzr istəyib və bir daha belə hərəkətə yol verməyəcək.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …