Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / “Prezident soruşdu ki, bəs, 5000 dollar necə olacaq?”

“Prezident soruşdu ki, bəs, 5000 dollar necə olacaq?”

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov ölkə başçısının problemli kreditlərin həlli ilə bağlı verdiyi fərmanı şərh edib.

“Qafqazinfo” xəbər verir ki, N. Əmirov dövlət televiziyasının efirində çıxış edərək bildirib ki, fərman iki hissədən ibarətdir: “Ekspertlərin və iqtisadçıların, hökumət nümayəndələrinin təklif etdiyi məbləğ 5000 dollar  kompensasiyasının verilməsi  ilə bağlı oldu. Aztəminatlı ailə əsasən o kateqoriyadan idi.  Sonra cənab prezidentin tapşırığı ilə bu məbləğ 10 min dollara qədər artırıldı.  10 min dollar məbləğində devalvasiyadan əvvəl kredit götürmüş insanlara devalvasiya nəticəsində həmin kreditin manatla artan  dəyərinin kompensasiya edilməsi tapşırıq olaraq  gündəmə gətirildi.  Bildiyiniz kimi, iki devalvasiya baş verib. Məsələn, 2015- ci ilin 21 fevral tarixinə bir vətəndaşın 1000 dollar krediti var idi. Həmin 1000 dollar krediti birinci devalvasiyaya görə, o zaman 1 ABŞ dollarının məzənnəsi 0,78 qəpik idi.  Devalvasiyadan sonra 1.05 qəpik oldu. Yəni, 27 qəpiklik  artım oldu. Bu artımın  hansı mənbə hesabına qaytarılması özü bir ayrı mövzu idi.  Bu da ekspertlər, deputatlar və hökumət nümayəndələri ilə geniş müzakirə olundu. 

Konkret təklif var idi ki, bu artan dəyər 4 hissəyə bölünsün. Bir hissəsi dövlət büdcəsi hesabına, bir hissəsi Mərkəzi Bankın, bir hissəsi bankların, qalan hissəsini isə vətəndaş ödəsin. Lakin cənab prezident bunu qəbul etmədi. Bildirdi ki, bu fərq dövlət tərəfindən ödənilməlidir. Biz tapşırığa uyğun olaraq bu istiqamətdə İşçi Qrup olaraq fəaliyyət göstərdik. 1000 ABŞ dolları kredit nəticədə birinci devalvasiyada artan dəyəri 150 ABŞ dolları kimi qiymətləndirildi.  Bu təqribən 250 manata bərabər bir məbləğdir.  Bu da həmin artan dəyərin tamamilə kompensasiya edilməsi deməkdir.  Bir şəxsin 21 fevral 2015- ci il tarixə 1000 dollar  krediti varsa  sonradan bu krediti banka ödəyib qaytarıb qaytarmamasından asılı olmayaraq vətəndaşa hər 1000 ABŞ dollarına 150 ABŞ dolları və yaxud  100 ABŞ dollarına 15 ABŞ dolları kompensasiya hesablanmaqla  manatla ödəniləcək.  Əgər həmin vətəndaş ikinci devalvasiyadan sonra  bu məbləği banka geri ödəyibsə, yaxud bugünkü günə qədər ödəməyibsə, həmin 1000 ABŞ dolları krediti olan vətəndaşa 500 ABŞ dolları kompensasiya ödəniləcək.  Yəni, birinci devalvasiyada bizim artımımız 15 ABŞ dolları idi. Yəni ikinci devalvasiya 21 dekabr 2015- ci il tarixində kurs 1.05 qəpikdən 1.55 qəpiyə qalxdı. Birdən-birə 50 qəpik dəyişdi.  Bu da təqribən 0,35 ABŞ dolları kimi qiymətləndirilir.  Yəni, ikinci devalvasiyaya məruz qalmış 1000 dollarlıq kreditə 350 dollarlıq kompensasiya ödəniləcək. Birincidə 150 dollar, ikincidə 350 dollar cəmi hər iki devalvasiya periodunda ödənilməyən 1000 dollarlıq kreditə 500 dollar məbləğində kompensasiya ödəniləcək.

Bu kompensasiya da həmin kredit yükünün bağlanmasına yönəldilməlidir. 10 min dollardısa kreditin məbləği bu şəxsə hər iki devalvasiyadan keçən 5000 dollar məbləğ ödəniləcək. Əgər kredit birinci devalvasiyadan sonra götürülübsə,  yalnız ikinci devalvasiyanın təsirinə məruz qalıbsa, hər 100 dollara 35 dollar və yaxud 1000 dollara 350 dollar , 10000 dollardısa 3500 dollar kompensasiya ödəniləcək.  Keçən ilin sonuna bu məsələ hazır idi. Ancaq cənab prezidentə məruzə edəndə ikinci bir sual meydana çıxdı. Əgər vətəndaşın 1000 yaxud 10 min dollar krediti varsa  iki devalvasiya ərzində bu borcunu qaytara bilməyibsə,  bunun 5000 dollarını dövlət büdcəsi hesabına kompensasiya ediləcəkdi. Cənab prezident sual verdi ki, bəs yerdə qalan 5000 dollar nə olacaq? Məlum oldu ki, bu çətin bir yükdür.  Cənab prezident tapşırıq verdi ki, bu, proses məntiqi sonluğa çatmalıdır. Çünki biz hesabladıq ki, 10 min dollar kredit götürən şəxs bu günə qədər borcunu qaytarmayıbsa, borcu 32 min dollara çatıb.  Əgər bu kredit manatladırsa yəni 17 min manat civarındadırsa bugünkü günə onun kredit məbləği 54 min manata gəlib çatmışdır.  Bu çox ağır yük idi. Cənab prezident və birinci vitse- prezident buna etiraz etdi və dedilər ki, insanların  çiynində çox ağır faiz yükləri qalır.  Devalvasiyanın kompensasiyasından sonra da yenə də insanların üzərində böyük yük qalır. Bunun da həlli tapılmalı idi. Fərmanın ikinci hissəsinin tapşırığı buradan əmələ gəldi”.

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …