Ana səhifə / Aktual / Prezident şeyxin iqamətgahındakı iftar mərasimində – Fotolar

Prezident şeyxin iqamətgahındakı iftar mərasimində – Fotolar

Mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyev iftar mərasimində iştirak edib.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını bildirdi.

Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete çıxış ediblər.

Dövlət başçısı mərasimdə nitq söyləyib. 

Prezident İlham Əliyev artıq ənənə halı alan iftar mərasimlərinin dövlət-din münasibətlərinin bariz nümunəsinə çevrildiyini bildirdi. “Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanır”, – deyən dövlətimizin başçısı onların şəxsi dostluğunun, xalq və Vətən qarşısında gördükləri işlərin bugünkü Azərbaycanın uğurlu inkişafına şərait yaratdığını vurğuladı. Bildirdi ki, dünyada gərginliyin davam etdiyi bir vaxtda Azərbaycanda sabitliyi qorumaq, xalqın rifahını yaxşılaşdırmaq və ölkəmizi mümkün risklərdən qorumaq bizim əsas vəzifəmizdir. “Biz müasir dövlət qurmuşuq. O dövlət ki, dərin milli-mənəvi təməl üzərində qurulub”, – deyən Prezident İlham Əliyev İslam dəyərlərini milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi kimi xarakterizə etdi, Azərbaycanın İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya çatdırdığını və bu fəaliyyətin bundan sonra da davam etdiriləcəyini bildirdi.

Dövlət başçısı müsəlman ölkələri ilə dostluq və qardaşlıq əlaqələrinə malik Azərbaycanın bütün müsəlman ölkələri ilə sıx əlaqələr qurduğunu və beynəlxalq müstəvidə bir-birini daim dəstəklədiyini diqqətə çatdırdı, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verdiyini vurğuladı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bir daha vurğuladı ki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. “Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq”, – deyən dövlətimizin başçısı Cocuq Mərcanlı kəndinin və orada Şuşa məscidinin bənzərinin inşa olunmasının xalqımızın əyilməz ruhunu təcəssüm etdirdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycanda tarixi, dini abidələr qorunur və son illərdə yüzlərlə məscid tikilib, təmir edilib. Ölkəmizdə dinlərarası münasibətlər də ən yüksək səviyyədə tənzimlənir. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparıldığı mərkəzə çevrilib. Prezident İlham Əliyev Azərbaycanın uğurlu, dayanıqlı inkişafının bundan sonra da təmin olunacağını, ölkə qarşısında duran vəzifələrin icra ediləcəyini bildirdi.

Sonra iftar süfrəsi açılıb. 


Da

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …