Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Prezident şəxsi hesabına Rusiyada məscidi bərpa etdirib

Prezident şəxsi hesabına Rusiyada məscidi bərpa etdirib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə səfərə yola düşür.

QMİ-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, nümayəndə heyəti Azərbaycan Prezidentinin şəxsi yardımı sayəsində Vladiqafqazda yenidən bərpa olunmuş Muxtarov məscidinin açılışında iştirak edəcək.

1908-ci ildə əslən azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilmiş məscid binasının bərpası üçün Qafqaz Xalqları Ali Dini Şurası üzvləri dövlət başçısına müraciət ediblər. Məscid İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa olunub. 

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şimali Osetiya rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …