Cümə , Oktyabr 19 2018
Ana səhifə / Aktual / Prezident şərabçılıq sahəsindəki vəziyyət haqda

Prezident şərabçılıq sahəsindəki vəziyyət haqda

Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş iclasındakı yekun nitqində ölkədə şərabçılıq sahəsində son vaxtlara qədər hökm sürən vəziyyətdən də danışıb. Virtualaz.org prezidentin nitqinin “AzərTac” tərəfindən yayılmış stenoqramına istinadən xəbər verir ki, İlham Əliyev bu sahədə vergidən yayınma və istehsalın həcminin gizlədilməsi hallarının hökm sürdüyünü deyib.

İlham Əliyev bildirib ki, Azərbaycanda üzümçülüyün çox böyük ənənələri var. Bu ənənələr bərpa edilir və eyni zamanda, bu gün dünyanın ən qabaqcıl texnologiyaları cəlb olunur. Nəticədə ixrac artır.

Sitat: “ İndi Azərbaycan şərab evlərini açmağa başlayıb. Artıq bir neçə ölkədə şərab evləri fəaliyyətə başlayır. Bizim şərabımıza böyük maraq var. Biz şərabçılıqla bağlı olan bütün məsələləri çox ciddi təhlil etmişik. Bir çox boşluqlar var idi – həm istehsalatda, həm uçotda, həm də aksiz markalarının yapışdırılmasında. Sanki kimsə bu boşluqları qəsdən edirdi ki, orada qeyri-şəffaf vəziyyət yaradılsın. Mən buna başqa bir izahat verə bilmərəm. Çünki o qədər çətin olmayan, yəni, böyük intellektual potensial tələb etməyən məsələlər var və elə bil onlar qəsdən edilib qatmaqarışıq salınsın ki, burada həm vergilərdən yayınsınlar, həm də qanunsuz istehsalla məşğul olsunlar. Şərab əvəzinə araq istehsal olunurdu. Məsələ çox ciddi araşdırılır. Bu sahədə tam şəffaflıq təmin edilməlidir. Şərab zavodlarının fəaliyyəti üçün bütün şərait yaradılıb, təki onlar təmiz işləsinlər. Əgər yenə məhsulları gizlədəcəklərsə, uçota düşməyən məhsulu satacaqlarsa, onlar çox ciddi cəzalandırılacaqlar, onu bilsinlər. Burada tam şəffaflıq olmalıdır. Bu, çox gəlirli sahədir. Sadəcə olaraq, gərək sahibkarlar öz tamahlarını cilovlaya bilsinlər”.

Prezidentin bildirdiyinə görə xüsusilə nəzərə alınmalıdır ki, dövlət öz dəstəyini göstərir. İxrac missiyalarını dövlət təşkil edir, şərab evlərinin yaradılmasını dövlət təmin edir, ixracla bağlı danışıqları dövlət aparır.

“Mən şəxsən bir neçə həmkarımla Azərbaycanın qeyri-neft ixracının artırılması ilə bağlı danışıqlar aparmışam və biz nəticəyə gəlmişik. Bütün bunları biz edirik, sahibkarlar da öz məsuliyyətini dərk etməlidirlər»-İlham Əliyev belə deyib.

Həmçinin oxuyun

Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin iki şöbə müdirini işdən azad edib. “Qafqazinfo”  Nazirlər Kabinetinin …