Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Aktual / Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonunun Susay–Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

1. Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Susay–Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,0 (on üç) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Həmçinin oxuyun

“Ekologiya postu”na yeni rəis təyin edildi – Vilayət Eyvazov tağım komandirinə yüksək vəzifə verdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.Azinforum.az “Report”a istinadla xəbər verir ki, polis mayoru Mərdan Mehdiyev Baş Dövlət …