Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Prezident qatarla Keşləyə gəldi – Fotolar

Prezident qatarla Keşləyə gəldi – Fotolar

Mayın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət edib. İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlət başçısına Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlər barədə məlumat verib.

Sonra Prezident sərnişin qatarı ilə Bakıxanov və Keşlə vağzallarına gəlib, burada yaradılan şəraitlə tanış olub.

Həmçinin oxuyun

Hikmət Hacıyev Qəbələ, Kürdəmir və Siyəzənin atəşə tutulmasından yazdı

“Ermənistan ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə operativ- taktiki raketlər atılıb”.Bu barədə Prezidentin köməkçisi …