Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Prezident qanuna edilən dəyişikliyə etiraz edib

Prezident qanuna edilən dəyişikliyə etiraz edib

Prezident İlham Əliyev Milli Məclis tərəfindən 2017-ci il iyunun 13-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərə etiraz edib.

Bu barədə sentyabrın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bildirilib. Qeyd olunan sənədin məqsədəuyğun olmaması barədə dövlət başçısının təklifinin qəbul edilməsi qərara alınıb.

Daha sonra komitə sədri Əli Hüseynli qeyd edib ki, cari ilin yaz və növbədənkənar sessiyaları ərzində komitənin 24 iclası keçirilib, 112 məsələyə baxılıb. Vətəndaşlardan daxil olan məktub və ərizələrlə bağlı aidiyyəti qurumlara müraciətlər edilib. Bildirilib ki, payız sessiyasında bir sıra qanunlara düzəlişlərlə əlaqədar məsələlər müzakirəyə çıxarılacaq. O cümlədən, ölkə Prezidenti tərəfindən təqdim edilən Cinayət Məcəlləsinə çox əhəmiyyətli dəyişiklik nəzərdə tutulub.

Sonra komitə sədri gündəlikdəki məsələlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, “Polis haqqında” qanunun bəzi maddələrinə dəyişikliklər edilir. “Məhkəmələr və hakimlər haqqında” qanunda bir sıra dəyişikliklər də edilir. Bu dəyişikliklər ölkə Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli sərəncamına əsasən hazırlanıb.

İnzibati Xətalar Məcəlləsinin 213-cü və 428-ci maddələrinə “Reklam haqqında” 2015-ci il 15 may tarixli qanunun müvafiq maddələrinin tələblərinin pozulmasına görə inzibati məsuliyyət yaratmaq məqsədilə bir sıra düzəlişlər təklif edilir. Dəyişikliklər körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının təbliği ilə bağlıdır. İnzibati Xətalar Məcəlləsinə qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə bir sıra digər zəruri dəyişikliklər də nəzərdə tutulub. Müzakirələr zamanı payız sessiyasının işlər planına bir sıra təkliflər səsləndirilib.

İclasın sonunda gündəliyə daxil edilən qanun layihələri Milli Məclisin plenar sessiyasına tövsiyə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” AzərbaycanRespublikasının Qanununda dəyişikliklərə etiraz etməsinin səbəbi “Dövlət qulluğu haqqında” qanunun 8.1.2-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) Məhkəmə-Hüquq Şurası Aparatının daxil edilməsi olub.

Bu siyahıya əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, AzərbaycanRespublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu,Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı,Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları) daxildir.

Həmçinin oxuyun

İsraildə böhran, yoxsa Baydenə görə siyasi dizayn (ŞƏRH)

“Baydenin qələbəsindən sonra regionda və qlobal miqyasda kartlar yenidən paylanır”.Bu sözləri politoloq Şahin Cəfərli İsraildə …

Bir cavab yazın