Prezident İlham Əliyev martın 27-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama görə,Azərbaycan dövlət təhlükəsizliyi və xarıcı kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları təltif ediliblər.
Azinforum.az xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları da var.
Prezidentin sərəncamı ilə Kazımov Füzuli Şahsuvar oğlu “Vətən uğrunda” medalı ilə, Teymurov Elşad Elşən oğlu “İgidliyə görə” medalı ilə və Vəliyev Heydər Vəli oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.