Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Prezident məhkəmə işçilərinə fəxri ad və medal verdi

Prezident məhkəmə işçilərinə fəxri ad və medal verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən adları aşağıda qeyd edilən şəxslər məhkəmə orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Qaracayev Ceyhun Yasinəli oğlu

Şəfiyev Kamran Rauf oğlu

Babayeva Səbinə Sabir qızı

Səlimov Rüstəm Fikrət oğlu

Tağızadə Zərifə Fərhad qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Eyvazov Anar İman oğlu

Ələsgərova Gülzar Tofiq qızı

Qurbanova Həcər Əli qızı

Məmmədov Murad Akif oğlu

Tağıyeva Nərgiz Nazim qızı.

Prezidentin digər sərəncamı ilə Konstitusiya Məhkəməsinin aşağıdakı hakimlərinə “Əməkdar hüquqşünas” fəxri adı verilib:

İsmayılov Rövşən Rəhim oğlu

Nəcəfov İsa Əli oğlu.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …