Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Prezident komissiyanın yeni tərkibini təsdiqlədi, nazir və nazir müavinlərinə vəzifə verdi – SİYAHI

Prezident komissiyanın yeni tərkibini təsdiqlədi, nazir və nazir müavinlərinə vəzifə verdi – SİYAHI

Bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 2784 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 290; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikasının Monteneqroda fövqəladə və səlahiyyətli səfiri.”.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Monteneqro tərəfinə bildiriş göndərsin.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …