Çərşənbə axşamı , Dekabr 18 2018
Ana səhifə / Aktual / Prezident jurnalistin sağlıq durumu ilə bağlı göstəriş verdi

Prezident jurnalistin sağlıq durumu ilə bağlı göstəriş verdi

“Azərbaycan Prezidenti İlham Əliyev jurnalist Səbuhi Məmmədlinin səhhətində yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsi üçün müvafiq göstəriş verib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, Azərbaycan Mətbuat Şurasının bununla bağlı dövlət başçısına ünvanladığı məktuba cavab olaraq jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlərin görüləcəyi bildirilib.

Şuranın Prezident İlham Əliyevə ünvanladığı məktubda ölkəmizdə həyata keçirilən media siyasətinin öz fundamental əsaslarını müxtəlif dövlət sənədlərində tapdığı vurğulanıb. Bu siyasətin eyni zamanda insanpərvərlik, hümunistlik kimi ali dəyərlərə söykəndiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, jurnalistlərimiz mövcud məqamı xüsusi vurğulayır, nəcib əməl və təşəbbüsləri misilsiz örnək nümunəsi olaraq təqdim edirlər.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

“Elxan Süleymanov Göyçay çayının məcrasını dəyişdirmək istəyir…” (FOTO)

Sayta müraciət edən Göyçay sakini, H.Hacıyev küçəsi ev 31 ünvanında yaşayan Həsənov Seyran Əmirəslan oğlu …