Ana səhifə / Aktual / Prezident İlham Əliyev: “Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur”

Prezident İlham Əliyev: “Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur”

Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, hər bir xalqın mətbəxi onun mədəniyyətinin, ənənələrinin və imkanlarının göstəricisidir: “Azərbaycan mətbəxi çox rəngarəngdir, çox dadlıdır, lakin nəzarətsiz çəki artımı baxımından çox təhlükəlidir. Buna görə mən gündəlik həyatımda sui-istifadə etməməyə çalışıram, hərçənd, əlbəttə, hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur. Fikrincə, hər bir xalqın nümayəndəsi öz mətbəxini xoşlayır, mən də istisna deyiləm. Lakin gündəlik həyatımda hər halda bir qədər uzaq durmağa çalışıram. Azərbaycan mətbəxindən xoşladığım yeməklərə gəldikdə isə deməliyəm ki, mən bu yeməklərin praktiki olaraq hamısını xoşlayıram. Lakin ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram. Bu məsələdə o, yaxşı mütəxəssisdir, əlbəttə, mənə və ailəmizin bütün üzvlərinə çox sevinc bəxş edir, özünün kulinar əsərləri ilə bizi sevindirir”.

Prezident İlham Əliyev Mixail Qusmanın hobbiyə dair sualını da cavablandırıb: “Mənim məxsusi hobbim yoxdur. Lakin hesab edirəm ki, sənə sevinc, məmnunluq gətirən işlə məşğul olmaq elə hobbidir. Mənə gəldikdə, əməyimin nəticələrini görmək ən böyük sevincdir. İnanın, bu sözləri elə-belə, kamera üçün demirəm, bu, həqiqətən belədir. Əlbəttə, görəndə ki, nəzərdə tutulan işlər yerinə yetirilib, görəndə ki, Azərbaycanın inkişafının bu və ya digər sahəsində irəliləyiş var, bu, mənə böyük mənəvi zövq verir. Bu, hər bir hobbidən yaxşıdır. Buna görə düşünürəm ki, mən hansısa məxsusi hobbinin olmamasını bu yolla kompensasiya edirəm. Bundan əlavə, əlbəttə, asudə vaxtımı ailəmlə keçirirəm və yəqin ki, orada həm də həyat üçün enerji alıram. Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdır”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …