Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Prezident İlham Əliyev Ukraynada insult keçirən Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb

Prezident İlham Əliyev Ukraynada insult keçirən Milli Qəhrəmanın müalicəsini nəzarətə götürüb

Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb.

Bu barədə  Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. 

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev hadisə baş verəndən sonra Z.Quliyevin ilkin müalicə aldığı xəstəxanada olub, həkimlərlə danışıqlar aparılıb. Sonradan Milli Qəhrəmanın peşəkar həkim nəzarətində müalicə alması üçün o, mayın 11-nə keçən gecə A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna yerləşdirilib. Yenidən müayinəsi aparılıb. Həkimlər Zabil Quliyevin vəziyyətini orta-ağır qiymətləndirirlər.

A.Xudiyevin sözlərinə görə, Milli Qəhrəmanın müalicəsi üçün lazım olan bütün tədbirlər davam etdiriləcək.

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Milli Qəhrəmanımızın Kiyevdə ağır vəziyyətdə olması ilə bağlı ilk xəbəri Azinforum.az saytı verib.

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …