Ana səhifə / Aktual / Prezident İlham Əliyev daha bir sərəncam imzaladı – Qəbələdə yol çəkiləcək

Prezident İlham Əliyev daha bir sərəncam imzaladı – Qəbələdə yol çəkiləcək

Bu gün Prezident İlham Əliyev Qəbələ rayonunun Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam verib.
Mia.az bildirir ki, sərəncama əsasən, on bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon (altı milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Həmçinin oxuyun

İri məmurlar vəzifədən getdikdən sonra da “AA” seriyalı avtomobillərini özləri ilə aparırlar…

Məlumdur ki, Azərbaycanda cüt, seçilən avtomobil və telefon nömrələri ilə öyünən adamlar az deyil. Bəlkə …