Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Aktual / Prezident FHN-in idman-sağlamlıq klubunun açılışında iştirak edib

Prezident FHN-in idman-sağlamlıq klubunun açılışında iştirak edib

Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubunun açılışı olub.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verib.

Prezident İlham Əliyev idman-sağlamlıq klubunun rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov idman-sağlamlıq klubunda yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.

Həmçinin oxuyun

30 ildə Qarabağı talayan xarici şirkətlər – ADLAR

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət Qarabağda qanunsuz …