Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Prezident fərmanından sonra icra başçılarının “qoçu dəstələri” “buraxılacaqmı”? – Günün sualı

Prezident fərmanından sonra icra başçılarının “qoçu dəstələri” “buraxılacaqmı”? – Günün sualı

Prezidentin şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərmanından sonra icra hakimiyyətləri yenə tikinti işləri üzərində monopoliyaya sahib olacaqlar?

“Vaxtı ilə Nəqliyyat Nazirliyi oxşar kiçiltmələrə məruz qaldığı kimi, indi də Bakı Şəhər İcra Hakimiyyəti kiçilməyə məruz qalır”.

Bu sözləri iqtisadçı Nazim Bəydəmirli dünən Prezidentin şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı fərmanı PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanla müəyyən edilir ki, yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verirlər.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …