Ana səhifə / Aktual / Prezident Aparatında BÖYÜK dəyişiklik: İlham Əliyevin müşavirləri vəzifələrini itirdilər

Prezident Aparatında BÖYÜK dəyişiklik: İlham Əliyevin müşavirləri vəzifələrini itirdilər

Milli Məclisin iclasında dövlət müşaviri və Prezident Administrasiyası (PA) rəhbərinin müavini vəzifələrinin inzibati vəzifələrin ali və birinci təsnifatı sırasından çıxarılması ilə bağlı qanunvericiliyə dəyişiklik müzakirə edilib. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Layihəyə əsasən “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik təklif olunur. Dövlət müşaviri vəzifəsi inzibati vəzifələrin ali təsnifatı sırasından, PA rəhbərinin müavini vəzifəsi isə birinci təsnifat sırasından çıxarılır.

Layihə səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, dövlət müşavirliyi institutu və PA rəhbərinin müavini vəzifələri bir müddət əvvəl ləğv olunub.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …