Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / Aktual / Prezident Ağabəy Əsgərovu işdən çıxardı

Prezident Ağabəy Əsgərovu işdən çıxardı

“Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sənədə əsasən, Ağabəy Məmməd oğlu Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib. 

Xatırladaq ki, mətbuatda “Azərbaycan” nəşriyyatının binasında acınacaqlı vəziyyətlə bağlı yazılar yer alırdı. Binadakı otaqların nəşriyyata aidiyyəti olmayan şəxslərə icarəyə verilməsi, təmirin həyata keçirilməməsi ciddi narazılıqla qarşılanmışdı. Buna səbəb kimi Ağabəy Əsgərovun fəaliyyətini düzgün qura bilməməsi göstərilirdi.

Həmçinin oxuyun

Bakı Gənclər Mərkəzi ailəsi II Fəxri Xiyabana yürüş ediblər

Sentyabrın 27-sində Bakı Gənclər Mərkəzi əməkdaşları və gənclərilə birlikdə II Fəxri Xiyabana yürüş etmişdir.Ümumilikdə 100 …