Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Prezident 3 rayonun icra başçısını işdən çıxardı – Sərəncam

Prezident 3 rayonun icra başçısını işdən çıxardı – Sərəncam

İlham Əliyev N.N.Novruzovun Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Avropa.info sərəncamın mətnini təqdim edir:

Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Prezidentin digər sərəncamı ilə Siyəzən rayonunun icra başçısı Asif Həbib oğlu Hüseynov vəzifədən azad edilərək, Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

İlham Əliyevin sərəncamı ilə Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

Prezidentin sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və digər sərəncamla Məhərrəm Böyükağa oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …