Çərşənbə , May 22 2024
Ana səhifə / Aktual / “Porsche”sində avtomat gəzdirən şəxs tutuldu – Foto

“Porsche”sində avtomat gəzdirən şəxs tutuldu – Foto

Şirvanda qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərə qarşı keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Novruzov saxlanılıb.

DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan “ Azinforu.az ” – a verilən məlumata görə, həmin şəxsə məxsus “Porsche Cayenne” markalı avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən 1 ədəd avtomat, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb. 

G.Novruzov izahatında silah və sursatı bir müddət əvvəl şəhər ərazisindən tapdığını və qanunsuz olaraq saxladığını bildirib.

Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

İbrahim Rəisinin Tehranda dəfn mərasimi keçirilir – FOTO

İranın paytaxtı Tehranda helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən …