Ana səhifə / Aktual / “Porsche”nin qadın sürücüsü “BakuBus”un yolunu kəsdi – VİDEO

“Porsche”nin qadın sürücüsü “BakuBus”un yolunu kəsdi – VİDEO

Bakıda  “Porsche Panamera”nın qadın sürücüsü “BakuBus” MMC-yə məxsus sərnişin avtobusunun qarşısını kəsərək onun hərəkətinə maneçilik törədib.

Unikal.org-un məlumatına görə,  avtobusun sürücüsü “Porsche”yə siqnal verərək yolda hərəkətə mane olmaması üçün maşını kənara çəkməsini istəyib. Bundan sonra “Porsche”nin xanım sürücüsü etiraz əlaməti olaraq avtomobilindən aşağı düşərək, avtobus sürücüsünü hədələməyə başlayıb.

Sözügedən məsələyə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev münasibət bildirib.

“Burada xanım sürücünün etdiyi hərəkət “oğru elə bağırdı, doğrunun bağrı yarıldı” misalı ilə tam üst-üstə düşür. “Porsche”nin xanım sürücüsü dayanacaqda saxlayaraq avtobusun yolunu kəsib, onlarla insanın gecikməsinə və əsəbləşməsinə səbəb olub. Həmçinin özünü haqlı sayıb”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …