Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / Polşa ordusunun mayoru Azərbaycan ordusunun müharibə təcrübəsini hərb dərsliklərinə salmağa çağırır

Polşa ordusunun mayoru Azərbaycan ordusunun müharibə təcrübəsini hərb dərsliklərinə salmağa çağırır

Qarabağdakı müharibə fəndləri hərb sənətinə dair dərsliklərə salınmalıdır və diqqətlə öyrənilməlidir. Bu haqda Polşa ordusunun istefada olan mayoru, hərbi ekspert Gjeqoj Trjeçak bildirib. Mayor orduda xidmət edərkən tərkibində pilotsuz uçan aparatların da olduğu eskadrilyaya komandanlıq edib.

Mayor Trjeçak deyir ki, müasir müharibə “üçölçülü fəzaya keçib”. Belə ki, Qarabağda gedən 44 günlük müharibə Azərbaycan ordusunun dronlardan kütləvi istifadəsi ilə fərqləndi və bu da erməni ordusunun məğlubiyyətinin əsas səbəblərindən biri idi.

“Bu müharibə hələ 5-7 il əvvəl baş verən müharibələrdən köklü şəkildə fərqlənir. Pilotsuz uçan aparatlar zərbə və kəşfiyyat funksiyasını yerinə yetirməklə yanaşı hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkara çıxarmaq üçün yalançı hədəf rolunu da oynayıb. Habelə dronlar hədəf üzərində asılıb qala və istənilən an ona zərbə endirə bilən döyüş sursatlarına çevrilib. Məsələnin psixoloji tərəfinə xüsusən diqqət yetirmək lazımdır-operator kompüter oyunlarında olduğu kimi coystikin bir hərəkəti ilə onlarla əsgəri öldürə bilər”,-o deyib.

Ekspert qeyd edir ki, robotlaşdırılmı sisteləri idarə edən hərbi operatorların xüsusi təlim keçməsi tələb olunur. Mayor Trjeçak deyir: “Qarabağın dərsləri bizə bunu deyir: hərbi doktrinaların və qaydaların dəyişdirilməsi üzərində işləmək lazımdır. Başa düşmək lazımdır ki, hərbçilər gözəgörünməz düşmənə qarşı döyüşməyə hazırdımı…”. Virtualaz.org

Həmçinin oxuyun

Deputat “Vergilər” qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT

2 gün əvvəl – 19.01.2021-ci il tarixində (saat 15:45) “Vergilər” qəzetinin rəsmi veb səhifəsində (vergiler.az) …