Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Politoloqlar, QHT rəhbərləri arasında da nənəsi, qaynanası erməni olanlar var”

“Politoloqlar, QHT rəhbərləri arasında da nənəsi, qaynanası erməni olanlar var”

Ermənistanda martın 2-də prezident seçilmiş Armen Sərkisyanın guya “köhnə” Sərkisyandan fərqli olaraq Azərbaycan və Türkiyəyə qarşı liberal mövqe tutacağı haqda fikirlər səslənir. İrəvanın özündə bəzi politoloqlar bunu belə əsaslandırırlar ki, Armen Sərkisyan xeyli müddət son dövrlərdə guya Türkiyəmeyilli mövqe tutan Böyük Britaniyada səfir kimi çalışıb. Və guya bu amil yeni prezidentin Türkiyə və Azərbaycana yanaşmasına təsir göstərə bilər.

Məsələ ilə bağlı Moderator.az-a danışan tanınmış politoloq Cümşüd Nuriyev bunun əslində ermənilərin Azərbaycanın daxili audioriyasını çaşdırmaq üçün apardığı bir manipulyasiya oyunu olduğunu söylədi:

“Bu, ermənilərin öncədən hazırladığı bir şantajdır. İnformasiya müharibəsində “qabaqlama” deyilən bir taktika var. Bunlar da bir növ Armen Sərkisyanı qabaqlama taktikasıyla gündəmə gətirirlər. Əvvəla, bu, mümkün deyil. Çünki A.Sərkisyanı “Daşnaksütyun” kimi irqçi bir partiya da dəstəkləyib. Ermənilərin “Asala” kimi bütün terror təşkilatları “Daşnaksütyun”un üzvləridir. Ona görə “yeni” Sərkisyanın guya “köhnə” Sərkisyandan fərqli olaraq Azərbaycana. Türkiyəyə qarşı yumşaq mövqe sərgiləyəcəyi barədəki fikirlər absurd bir şeydir. Bunların hamısı Azərbaycan publikasına hesablanmış manipulyasiyalardır. Yəni bizim insanlar o qədər safdır ki, ermənilərin bu məkrli siyasətini görə bilmirlər. Elə düşünürlər ki, guya ermənilər Armen Sərkisyanı pisləyirsə, deməli, o, Azərbaycana yaxşı münasibət bəsləyəcək. Amma bilmək lazımdır ki, “təzə” Sərkisyanın prezident seçilməsi ilə heç nə yaxşı olmayacaq…”

Politoloq Armen Sərkisyanın sələfi olan adaşından fərqli olaraq türklərə düşmən üzünü birbaşa göstərməməsinin özündə də bir təhlükə yata biləcəyini vurğuladı:

“Əslində ən təhlükəlisi odur ki, bu adam nə ətdir, nə balıq. Serj Sərkisyanı birbaşa düşmən kimi tanıyırıq. Amma Armen Sərkisyanın düşmənçiliyi açıq görünməsə də, o gözlənilmədən elə bir addım ata bilər ki, bizi hansısa ciddi təhlükə ilə üzləşdirə bilər. İkincisi də, Ermənistandakl yeni dəyişikliklərə görə artıq prezidentin elə bir səlahiyyəti qalmayıb. Növbəti seçkilərdə də Serj Sərkisyanın baş nazir olmaq ehtimalı da çox yüksəkdir. Yəni, “köhnə” Sərkisyan baş nazir olacaq və İrəvanda yenə də Qarabağ klanı fəaliyyətini davam etdirəcək. Düzdü, Armen Sərkisyan Ermənistan ermənisidi. Amma bu da heç nəyi həll eləmir…”

Cümşüd Nuriyev Azərbaycanın bəzi politoloq və QHT rəhbərlərinin savadsızlıqdan, bəzilərinin isə ermənilərlə qohumluğu, dostluğuyla bağlı qəsdən ölkə daxilində ermənilərlə bağlı çaşdırıcı informasiyalar yaymasından da narahat olduğunu qeyd etdi.

“Məni bizim bəzi əldəqayırma politoloqların fikirləri də narahat edir. Bu adamlar hələ Qarabağ məsələsinin baş qaldırdığı son 30 ildə dərk etməyiblər ki, ermənilər çox vaxt yanlış informasiyalar yaymaqla bizimlə oyun oynayır. O da var ki, Azərbaycan bəzən informasiya müharibəsində udmağa yaxınlaşanda ermənilərin burdakı adamları fəallaşırlar. Erməniləri dəstəkləyən qeyri-hökumət təşkilatları, onlarla qohumluğu olan, nə bilim, nənəsi, qaynanası erməni olanlar fəaliyyətə başlayırlar. Təəssüf ki, belələri siyasi meydanda da, politoloqlar arasında da var. Yəni bu adamlar çalışırlar ki, Azərbaycanı səhv yola yönəltsinlər və nə yazıqlar ki, bəzən bunu da bacarırlar…”- deyə tanınmış politoloq təəssüflə qeyd etdi.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …