Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Aktual / Polislər stadiondan çıxan azarkeşləri yanlış yönləndirib – İTTİHAM

Polislər stadiondan çıxan azarkeşləri yanlış yönləndirib – İTTİHAM

“Bakı Nəqliyyat Agentliyi (BNA) ötən gün baş tutan “Qarabağ” – “Roma” matçından əvvəl də, sonra da öz üzərinə düşən vəzifəni yerinə yetirib”.

Azinforum.az  xəbər verir ki, bunu BNA-nın mətbuat katibi Mais Ağayev bildirib.

Ötən gündən sosial şəbəkələrdə BNA-nın kəskin tənqid olunur. Ötən gün matçı Bakı Olimpiya Stadionundan izləyən azarkeşlərin əksəriyyəti iddia edir ki, BNA matçdan əvvəl də, sonra da öncədən verdiyi vədlərə əməl etməyib. Başqa sözlə, azarkeşlərin stadion ərazisindən metronun “Qara Qarayev” və “Gənclik” stansiyasına daşınması təmin olunmayıb. Ötən gün yağan güclü yağış nəticəsində isə azarkeşlər ciddi çətinliklərlə üzləşiblər.

BNA isə iradlarla razılaşmır. M. Ağayev deyir ki, problemin kökündə Bakı Olimpiya Stadionunun təhlükəsizlik xidmətinin əməkdaşları və ərazidə xidmət göstərən polis nəfərləri tərəfindən stadiondan çıxan azarkeşlərin yanlış istiqamətə yönləndirilməsi durur: “BNA-nın vəzifəsi azarkeşləri “A” nöqtəsindən “B” nöqtəsinə daşımaq idi. Oyundan öncə də xəbər vermişdik ki, həm “Gənclik”, həm də “Qara Qarayev” stansiyasının çıxışından azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması üçün 400 avtobusun ayrılıb. Ayrılan avtobuslar isə İctimai Nəqliyyat Terminalında 23:30-a qədər fəaliyyət göstərib. Sadəcə stadiondan çıxan azarkeşlər təhlükəsizlik xidməti və polis əməkdaşları tərəfindən yanlış yönləndirilib. Belə ki, azarkeşlər İctimai Nəqliyyat Terminalına deyil, metronun “Koroğlu” stansiyasına istiqamətləndirildiklərindən bu cür anlaşılmazlıq baş verib”.

Oyundan öncə BNA-nın yaydığı məlumatda qeyd edilib ki, əvvəlcədən müəyyən edilən plana uyğun olaraq, biletli azarkeşlər saat 16:30-dan etibarən metronun “Qara Qarayev” stansiyasının qarşısından “X1 Express” xətti və metronun “Gənclik” stansiyasının qarşısından “X2 Express xətti” üzrə Bakı Olimpiya Stadionuna daşınacaq. Qurumun açıqlamasında həmçinin qeyd edilib ki, oyun bitdikdən sonra da azarkeşlər ekspress xətt avtobuslarla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə əvvəlcədən müəyyən olunmuş nöqtələrə – metronun “Qara Qarayev” və “Gənclik” stansiyalarına geri daşınacaq. Biletli azarkeşlərin ekpress xətt avtobusları ilə Bakı Olimpiya Stadionuna, eləcə də əks istiqamətdə daşınmasının ödənişsiz həyata keçiriləcəkdi.

Həmçinin oxuyun

Ermənistan ordusunun acınacaqlı vəziyyəti – VİDEO

İkinci Qarabağ müharibəsi bitsə də, Ermənistanda ordu ilə bağlı problemlər səngimir. Ermənistan rəhbərliyi məğlub ordunun …