Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Aktual / Polislə dilənçi arasında dava – Bakıda+Video

Polislə dilənçi arasında dava – Bakıda+Video

Bakının mərkəzində qarşıdurma yaşanıb.

Belə ki, Cəfər Cabbarlı heykəlinin yaxınlığında dilənən qaraçıları polislər saxlayıblar.

“ Azinforum.az ” musavat.com-a istinadən xəbər verir ki, bir qaraçı qadın balaca uşağı ilə birgə küçədə dilənirmiş. Polis əməkdaşları əvvəlcə uşağı götürərək, PPX-a maşınına mindiriblər. Bunun ardından dilənçi qadın qışqırmağa başlayıb. Ətrafdakı insanlar səsi eşidib, hadisə yerinə toplaşıblar.

Polislər qaraçıları maşına güclə mindiriblər. Bu zaman digər bir dilənçi qadın oraya gəlib. Hadisəni görüb və həyəcan keçirib. Halı pisləşən qadın yerə yıxılıb. Ona polis leytenantı ilkin yardım edib. Daha sonra əraziyə təcili yardım çağırılıb və qadın xəstəxanaya aparılıb.

Dilənçilər, daha da dəqiq desək, qaraçı dilənçilər şəhər sakinlərini həddindən artıq narahat edirlər. Polis əməkdaşları onları bir yandan tutub, bölməyə aparsalar da, bir müddət sonra azad etməli olurlar. Çünki dilənçilərlə bağlı qanun yoxdur.

Çünki Sovet vaxtı işləməyən, avaraçılıq edən şəxsə qarşı cəza nəzərdə tutulurdu. İndi qanunda belə bir maddə qeyd olunmayıb. Əgər dilənçilər məsuliyyətə cəlb olunursa bu, qanunsuzluqdur. Ona görə də, dilənçilərin sayı gün-gündən artır.

 

 

Həmçinin oxuyun

İSBAM Türkiyədə vətən müharibəsi şəhidlərinin rəsm sərgisini keçirib

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Türkiyədə səfərdədir. Türkiyənin Sunqurlu şəhərində Atatürk meydanında …

Bir cavab yazın