Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / Polisin yeni geyim forması ilə bağlı DİN-dən AÇIQLAMA

Polisin yeni geyim forması ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşlarının yeni geyim formasına keçməsinin hansı zərurətdən irəli gəlməsinə aydınlıq gətirib.

Unikal.org xəbər verir ki, DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında qeyd edib ki, yeni formanın tətbiqi Azərbaycan Respublikası Prezidentinin daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür: “Bu yenilik dövlət başçısının Daxili İşlər Nazirliyinin rəhbərliyinə verdiyi göstərişin icrası ilə əlaqədar oldu. Belə ki, göstərişdə bayır xidmətində olan polis əməkdaşlarının daha müasir və rahat, həmçinin, daha keyfiyyətli materialdan olan yeni geyim forması ilə təmin olunması tələb olunurdu. Bununla əlaqədar DİN tərəfindən müvafiq tədbirlə görüldü və artıq bildiyiniz kimi ötən gündən başlayaraq Yol Patrul Xidməti əməkdaşları bu müasir xüsusi geyim formasından istifadə edirlər. Yaxın vaxtlarda bayır xidmətində olan digər polis əməkdaşları da bu forma ilə təmin ediləcəklər. Yeni formaları müasirliyindən və yüksək keyfiyyətindən əlavə həm də bayır xidmətində olan əməkdaşlarımızın təhlükəsizliyi baxımından da önəmlidir. Belə ki, gecə vaxtı bu formalar həm də işıq əksetdirmə qabiliyyətinə malikdir”.
 

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni təyinat – Kamran Əliyevi o əvəz etdi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevin yerinə təyinat olub.“BakuPost”un …