Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Polisimizə qarşı edilən böhtan və hörmətsizliyə…”

“Polisimizə qarşı edilən böhtan və hörmətsizliyə…”

Hörmətli, oxucular əminəm ki, hər birimizin ya tanışı, yada qohumu polisdir. Onların bizim cəmiyyətdə rolları çox böyük, çətin və məsuliyyətlidir. Polis, daxili işlər orqanları Azərbaycan Dövlətinin əsas sütunlarından, dayaqlarından mən deyərdim ki, ən önəmlisidir.Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gələndə əlbəttə ki, bütün sahələrlə bərabər, polis orqanlarının da müasir səviyyədə formalaşmasına çox böyük təkan vermişdir. Polis orqanlarının inkişafı, polisdə sağlam ab-havanın yaranması, polisllərin öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsi-bütün bunlar ölkəmizin ümumi inkişafına çox müsbət təsir etmişdir. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin, təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa, narkomanyaya  qarşı mübarizə kimi məsuliyyətli işləri vicdanla yerinə yetiriblər. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılmışdır.Şübhəsiz ki,  hər peşənin çətinlikləri vardır. Bu peşələrin içində polisin xidməti çətinliyi və məsuliyyəti daha da çoxdur. Onların  yuxusuz və istirahətsiz həftələrinin çətinliyini mən yaza, siz oxuya bilərsiniz amma onun məsuliyyətini, dərinliyini ancaq polislər bilər. Məsələn, biz bugün rahat yata, gəzə biliriksə onu təhlükəsizliyimizin keşiyində dayanan, başqasının malını, mülkünü, ailəsini qorumaq üçün öz canını, qanını əsirgəməyən polisimizə borcluyuq. Bəzən də polis haqsız iradlara, hətta böhtanlara məruz qalır. Bir alman filosofu belə bir fikir demisdir: “vətəndaş cəmiyyəti üçün polisin əvəzsiz dəyərini bilməliyik! cəmiyyət onsuz inkişaf edə  və mövcud ola bilməz”!. Doğrudur… Unutmaq lazim deyil ki, hər birimizin iş günü və saatı var. Ondan sonrakı rahatlığımızı təmin edən polislərimiz üçün heç kəs seçilmir hər bir vətəndaşın təhlükəsizlik yükünü eyni qaydada daşıyırlar. Ümid edirəm ki, bu şərəfli işin öhdəsindən illər sonra da layiqincə gələcəklər, necə ki, bunu indi edirlər.   Mövzuya toxunmaqla  məqsədim, bu yaxınlarda Azərbaycanın dilbər güşəsi olan bölgələrdən birində  POLİSİMİZƏ qarşı  edilən  böhtan və hörmətsizliyə, onların olduqca məsuliyyətli və  peşəkar fəaliyyətlərinə xələl gətirənlərə səslənməkdir. Yuxarıda qeyd etdiyim nüansları göz önünə gətirib, UTANIN


Tünzalə İsmayılova,

Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …