Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Polis xanımın ölümündə adı hallanan CƏRRAH İŞDƏN ÇIXARILDI

Polis xanımın ölümündə adı hallanan CƏRRAH İŞDƏN ÇIXARILDI

Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı işdən çıxarılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, rinoplastika əməliyyatı zamanı pasienti dünyasını dəyişən cərrah idrak Əhmədov Daxili İşlər Nazirliyi (DİN) hospitalından kənarlaşdırılıb.

Xəbəri Daxili İşlər Nazirliyi (DİN) hospitalından Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) hospitalında tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyi üzrə əməliyyatdan sonra ölmüşdü.

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …