Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Polis tərəfindən saxlanılan dilənçilərdən çıxan pullar – VİDEO

Polis tərəfindən saxlanılan dilənçilərdən çıxan pullar – VİDEO

Qaziantəpdə, polis əməkdaşları 2 dilənçin saxlayaraq, idarəyə aparıblar. Onların üzərində axtarış aparılıb və  üzərlərindən çıxan pullar hər kəsi heyran qoyub.
Azinforum.az  Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, məhəllə sakinləri dilənçilər haqqında polisə şikayət ediblər. Şikayət əsasında saxlanılan dilənçilərdən biri suriyalı olub. Abdurrahman Əl Xalid 5 yaşındakı qızı ilə birlikdə dilənərkən tutulub. Onlarla birgə 71 yaşlı digər bir dilənçi də saxlanılaraq, polis idarəsinə aparılıb.
Saxlanılan 71 yaşlı Həsən Gümüşhanın üzərində 21 min 750 lirə, arvadını döyüşdə itirən və 5 yaşLI qızı ilə dilənən suriyalı dilənçinin ayağında saxladığı corablardan isə 11 min 721 lirə ilə 8 min 850 Suriya Funtu tapılıb.
Polis əməkdaşları suriyalı dilənçiləri qaçqınlar düşərgəsinə aparıblar. Yaşı kişinin isə ailəsi axtarılır.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın