Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Polis “Qarabağ”-“Roma” oyununa görə xüsusi qərargah yaratdı

Polis “Qarabağ”-“Roma” oyununa görə xüsusi qərargah yaratdı

Bu gün Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın “Roma” klubu ilə qarşılacaq “Qarabağ”ın oyunu üçün Bakı şəhərində təhlükəsizlik tədbirləri yüksək həddə çatdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda qərargah yaradılıb.

Oyunun təhlükəsizliyinə polis və daxili qoşun qüvvələri də daxil olmaqla, 3000-dən artıq heyət cəlb olunub.

Qərargaha Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov rəhbərlik edir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …