Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Polis Bakıda xüsusi əməliyyat keçirdi: kazino işlədən dəstə həbs olundu – FOTOLAR

Polis Bakıda xüsusi əməliyyat keçirdi: kazino işlədən dəstə həbs olundu – FOTOLAR

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda çay evi adı altında qanunsuz olaraq kazino oyunları təşkil edən şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlayn şəkildə təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi obyektlərin və əyləncə yerlərinin qanunsuz fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxtın Xətai rayonu ərazisində yerləşən çay evlərindən birində onlayn yolla kazino oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub:

“Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd edilən obyekt nəzarətə götürülüb və toplanan materiallar əsasında həmin obyektdə kazino oyunlarının həyata keçirildiyi sübuta yetirilib. Əməliyyat-axtarış tədbiri nəticəsində həmin obyektdə onlayn kazino təşkil etməkdə şübhəli bilinən Şəki şəhər sakini Midhəd Əhmədov, Lənkəran şəhər sakini Tehran Seyfullayev və Yevlax şəhər sakini Rövşən Səlimov polis əməkdaşları tərəfindən saxlanılıblar. Həmçinin həmin obyektdə qumar oynayan şəxslər də müəyyən edilərək barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Çay evinə baxış keçirilən zaman onlayn kazino proqramlarında qeydiyyatdan keçmək üçün nəzərdə tutulan elektron avadanlıqlar, noutbuklar, kompüterlər, müştərilər tərəfindən oynanılan kuponlar, pul vəsaitləri, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …