Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Polad Həşimovun şəhid olduğu yerdən – Videoreportaj

Polad Həşimovun şəhid olduğu yerdən – Videoreportaj

Tarix 14 iyul 2020-ci il… Anidən sosial şəbəkələrin Azərbaycan seqmentinə sükut çökür, təlaş yaşanır. General-mayor Polad Həşimovun şəhid olduğunu deyirlər. Bəziləri Polad Həşimovun kim olduğundan məlumatsız olsa da, çoxu onunla bağlı xoş xatirələrini bölüşür.

Az sonra müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev kameralar önünə keçir. Üzündə kədər, tutqun səslə Polad paşanın şəhid olduğunu deyir. Beləcə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı ilk dəfə general rütbəli hərbçisini şəhid verdiyi təsdiqlənir.

https://youtube.com/watch?v=TrhucL43WuU

Bu, Tovuz döyüşləri zamanı Qaraqaya yüksəkliyində, Mübariz postunda baş verir. Düşmənin ağır artilleriyadan açdığı atəş nəticəsində Polad Həşimovla birgə polkovnik İlqar Mirzəyev də ön xətdə şəhidlik zirvəsinə ucalır.

Tovuz döyüşləri zamanı düşmən postu ilə 54 metr məsafədə yerləşən Mübariz postunda ümumilikdə 5 hərbçimiz şəhidlik zirvəsinə ucalır. Əsgərlərlə çiyin-çiyinə döyüşən general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyevlə yanaşı, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və gizir Yaşar Babayevi də məhz bu postda şəhid vermişik.

“Qafqazinfo”nun çəkiliş qrupu Polad Həşimovun şəhid olduğu posta yollanıb. Bura təkcə strateji yüksəklik, adi post deyil. Bura, eyni zamanda Vətən müharibəsində ordumuzun, millətimizin güc aldığı yer, mövqedir!

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …