Ana səhifə / Polad Bülbüloğluya xalq artisti adı verilidi – Türkmənistanda

Polad Bülbüloğluya xalq artisti adı verilidi – Türkmənistanda

Polad Bülbüloğluya Türkmənistanın xalq artisti adı verilidi.

Bu barədə turkmenistan.gov saytı məlumat yayıb.

Müvafiq fərmanı Türkmənistan prezidenti Gurbangulu Berdimukhamedov imzalayıb.

Fərmanda deyilir ki, bu ad ona, iki ölkə arasındakı dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi sahəsindəki xüsusi roluna, mədəni və hümanitar sahələrdə dövlətlərarası dialoqun asanlaşması və mahnı-musiqi mədəniyyətinin inkişafındakı uğurlarına görə verilir.

Qeyd edək ki, Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiridir.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın