Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Aktual / Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı, opera müğənnisi Bela Rudenko vəfat edib

Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı, opera müğənnisi Bela Rudenko vəfat edib

SSRİ-nin xalq artisti, opera müğənnisi Bela Rudenko vəfat edib.

Azinforum.az – ın TASS-a istinadən verdiyi məlumata görə, B. Rudenko bu gün 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, B. Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı olub.

Bela Rudenko 18 avqust 1933-cü ildə Ukraynada anadan olub. 1973-1988-ci illərdə Dövlət Akademik Böyük Teatrının opera şirkətinin solisti olub.
1992-ci ildə solo karyerasını başa vuran müğənni Bolşoy Teatr İnkişaf Fonduna rəhbərlik edirdi.

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Yolunu azıb hansısa ölkəyə səfər edən, sonra ona “rəsmi” don geyindirməyə çalışanlara…”

Azərbaycanın Rusiyadakı səfirliyi özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya …