Ana səhifə / Aktual / “Polad Bülbüloğluna məktub yazdım ki, sən yaxşı oğulsan, amma pis vətəndaşsan” – Novella Cəfəroğlu

“Polad Bülbüloğluna məktub yazdım ki, sən yaxşı oğulsan, amma pis vətəndaşsan” – Novella Cəfəroğlu

“Elə zaman gələ bilər ki, vətəndaşlar bir-birinin ətini didərlər. Hazırda ikitərəfli söyüş var. İqtidar da söyür, müxalifət də”.

Cebhe.info xəbər ki, bunu “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana “yox” deyək” adlı dəyirmi masada çıxış edən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

N.Cəfəroğlu ictimai qınağın önə çıxmasının vacibliyini vurğulayıb: “Əgər polis qaziyə “Mən səni müharibəyə göndərməmişəm ki” deyirsə, bu da təhqirdir. Televizyada Azərbaycan dilini məhv ediblər, diktorlar danışa bilmirlər. Mədəniyyət televiziyadan başlayır. Niyə ziyalıları televiziyaya çıxarmırlar? Bülbülün evi ideal vəziyyətdədir, Üzeyir bəy Hacıbəylinin evi isə bərbad gündədir. Polad Bülbüloğluna məktub yazdım ki, sən yaxşı oğulsan, amma pis vətəndaşsan. Əgər dahi Üzeyir bəyin evini qoruya bilmiriksə, nə vətəndaşıq?”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …