Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Polad Bülbüloğlu oğlu ilə bir səhnədə

Polad Bülbüloğlu oğlu ilə bir səhnədə

Məşhur sovet müğənnisi və bəstəkarı, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Novosibirskdə səhnəyə çıxıb.

“Komsomolskaya Pravda” xəbər verir ki, o, Arnold Kats adına filarmoniyada Transsibirs Art-Festivalı çərçivəsində keçirilən “Uşaqlar – uşaqlara” adlı konsertdə çıxış edib.

Bu konsertdə onun 14 yaşlı oğlu Murtuza dirijor rolunda çıxış edib.

“Mən, oğlum Murtuzanı bu festivala dəvət etdiyi üçün Vladimir Repinə minnətdaram. Düzünü desəm, mən özüm isə xahiş etdim: dedim oğlumu müşayiət edəcəm, əgər lazımdısa, bir-iki mahnı oxuyacam. Və bu təklif sevinclə qarşılandı”, – P.Bülbüloğlu deyib.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın