Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Polad Bülbüloğlu 75 ildən sonra döyüşçü övladını atasının məzarı üstünə apardı – FOTOLAR

Polad Bülbüloğlu 75 ildən sonra döyüşçü övladını atasının məzarı üstünə apardı – FOTOLAR

Rusiyanın Smolensk vilayəti yaxınlığında aparılan qazıntılar zamanı Böyük Vətən Müharibəsində (1941-1945) həlak olan 32 əsgərin qalıqları tapılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, onlardan 26-sının şəxsiyyətini müəyyən etmək mümkün olub. Bu şəxslərdən biri Laçın rayonu, Qarıqışlaq kənd sakini, yefreytor 1907-ci il təvəllüdlü Mirzəyev İbiş Rza oğludur.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən mərhumun oğlu Mirzəyev Əlövsət atasının qəbrini ziyarət etdiyini bildirib:

“Bu qalıqlar aşkar ediləndən sonra Azərbaycanın Rusiyadakı səfirliyindən ailəmizlə əlaqə saxladılar. Səfirimiz Polad Bülbüloğlu mənə bilet aldı. Rusiyada yaşayan oğlumla birlikdə Smolensk vilayətində atamın qəbrini ziyarət etdim. Mənə dedilər ki, qalıqlar tapılanda atamın üzərində olan güllələrin yanında sənədləri də olub. Onları paltarlı halda dəfn ediblər. Lakin qalıqlar tapılandan sonra onlara abidə qoyulub. Mən qəbri Azərbaycana köçürmək istədiyimi bildirdim. Amma dedilər ki, mərhum Sovet dövründə dəfn edildiyi üçün başqa ölkəyə köçürülə bilməz. Mən yetimliklə böyümüşəm. Biz atamızın üzünü görməmişik”.


Polad Bülbüloğlu 75 ildən sonra döyüşçü övladını atasının məzarı üstünə apardı- FOTOLAR
Polad Bülbüloğlu 75 ildən sonra döyüşçü övladını atasının məzarı üstünə apardı- FOTOLAR
Polad Bülbüloğlu 75 ildən sonra döyüşçü övladını atasının məzarı üstünə apardı- FOTOLAR

Həmçinin oxuyun

Nazirdən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı – Açıqlama

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin …