Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Pokrov Məhərrəm” Azərbaycana deport edildi – Video

“Pokrov Məhərrəm” Azərbaycana deport edildi – Video

Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı, kriminal aləmdə “Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Quliyev Rusiyadan deportasiya olunub.

“Qafqazinfo”nun “REN TV”yə istinadən verdiyi xəbərə görə, o, Moskvanın “Şeremetyevo” hava limanından Azərbaycana yola salınıb.

Qeyd edək ki,  Məhərrəm Quliyev ötən ayın sonlarında paytaxt polisinin əməkdaşları tərəfindən miqrasiya qanunlarını pozduğuna görə tutulmuşdu. O, Rusiyada qeyri-qanuni yaşayırmış. Məhkəmə onun ölkədən kənara çıxarılmasına qərar verib.

Xatırladaq ki, bir vaxtlar Həsənov Biryulyovodakı Pokrovka meyvə-tərəvəz bazasında “nəzarətçi” olub və “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) yaxın ətrafına daxil olub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …