Cümə , Yanvar 22 2021
Ana səhifə / Aktual / Pilotun xanımının adına saxta profil açılıb: “Kimdirsə, pul toplayır

Pilotun xanımının adına saxta profil açılıb: “Kimdirsə, pul toplayır

Sosial şəbəkələrdə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb.

Bu barədə pilotun xanımı özü məlumat verib. “Mənə indi məlumat verilib ki, adımdan sosial şəbəkələrdə səhifələr yaradılıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən heç bir sosial şəbəkədən istifadə etmirəm və digər adlarla səhifələr yaratmamışam. Zəhmət olmasa, belə hallarla rastlaşdıqda, həmin saxta adlı insanları ifşa edin”-, deyə K.Hüseynova bildirib.

Pilotun qardaşı Nicat Atakişiyevin sözlərinə görə, kimsə Rəşad Atakişiyev haqqında yanlış fikir formalaşdırmaq istəyir və insanların sevgisindən istifadə etməyə çalışır.

“Könül xanımın adına saxta profil açıblar. Kimdirsə, Rəşadın adından istifadə edərək pul toplayır. Bu insanı axtarıb taparıq”.

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …