Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Aktual / “Pfizer” yeniyetmələr üçün 100 faiz effektivdir

“Pfizer” yeniyetmələr üçün 100 faiz effektivdir

“Pfizer” və “BioNTech” şirkətləri tərəfindən hazırlanmış koronavirus infeksiyasına qarşı peyvəndin 12-15 yaş arası yeniyetmələrə təsiri ilə bağlı araşdırmanın nəticələri ictimaiyyətə açıqlanıb.

virtualaz.org xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada peyvəndin 12-15 yaş arası yeniyetmələrdə 100 faiz effektli olduğu bildirilib.

Uzunmüddətli araşdırmalara 2 min 228 nəfər qatılıb. İkinci dozdan başlayaraq 4 aya qədər onların vəziyyəti nəzarətdə saxlanılıb. Araşdırmaların nəticələri ABŞ-ın Qida və Dərman Şöbəsinə göndərilib.

Araşdırmalar ötən ilin noyabrından bu ilin sentyabrınadək davam edib. Məlum olub ki, cinsindən, etnik mənsubiyyətindən, o cümlədən xroniki xəstəliklərindən asılı olmayaraq peyvənd yeniyetmələr üzərində yüz faiz təsirlidir. Həmçinin peyvənd olunan yetiyetmələrdə ikinci dozdan sonra yan təsirlərin və ya hər hansısa bir sağlamlıq problemlərinin ortaya çıxmadığı iddia edilib.

Məsələ ilə bağlı açıqlama verən BioNTech-in baş direktoru Uğur Şahin bildirib ki, bu, koronavirus infeksiyasına qarşı peyvəndin 12-15 yaş arası yeniyetmələrə təsiri ilə bağlı ilk və uzunmüddətli araşdırmadır. Klinik testləri və əldə edilən məlumatları da nəzərə alaraq, araşdırma COVID-19 peyvəndinin gənclər və böyüklər üçün təsirli və təhlükəsiz olduğunu bir daha sübut edir.

Həmçinin oxuyun

Helikopter qəzasında yaralanmış hərbçilər dindirildi

Helikopter qəzasında 14 nəfərin həlak olması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin …