Bazar , Yanvar 17 2021
Ana səhifə / Aktual / Peterburqda qulağı və boynu kəsilərək öldürülən Əli kimdir…

Peterburqda qulağı və boynu kəsilərək öldürülən Əli kimdir…

Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunun Murino şəhərindəki mənzillərdən birində 50 yaşlı Azərbaycan vətəndaşının meyiti tapılıb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, ötən gün dekabrın 17-də 35 yaşlı peterburqlu polisə müraciət edib və bir neçə dəqiqə əvvəl Əli adlı tanışının meyitini Murinonun Mərkəz küçəsindəki evdə aşkarlayıb.

Dediyinə görə, bir həftədir telefona cavab verməyən tanışına baş çəkmək üçün onun kirayə qaldığı evə baş çəkib. Qapını döysə də cavab verən olmayıb, nəticədə o, pəncərəni sındıraraq içəri girib.

Hadisə yerinə gələn polislər divanda qara corab və idman şalvarında olan şəxsin meyitini tapıblar. Onun boynu və sol qulağı kəsilib. Meyit ölümün səbəbini dəqiq müəyyənləşdirmək üçün morqa göndərilib. 35 yaşlı azərbaycanlı deyib ki, həmin mənzil ona məxsusdur və tanışına şifahi razılaşma əsasında kirayə vermişdi.

Həmçinin oxuyun

Tərxis olunanlarla bağlı müraciətlərin sayı açıqlandı

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə …