Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / PEŞƏKAR BOKS ÜZRƏ İLK AZƏRBAYCANLI AVROPA ÇEMPİONUNU NİYƏ GÜLLƏLƏYİBLƏR?

PEŞƏKAR BOKS ÜZRƏ İLK AZƏRBAYCANLI AVROPA ÇEMPİONUNU NİYƏ GÜLLƏLƏYİBLƏR?

Xaricdəki Azərbaycan gəncləri öz elmi bilikləri, yaradıcılıqları, ixtiraları ilə yanaşı, idman sahəsində də uğurlar əldə edirlər. Müsahibimiz Ağali Alışov boks üzrə Avropa çempionu olaraq Ukraynada özünü təsdiq etmiş idmançılardan hesab olunur. Qeyd edək ki, Ağali Alışov 1986-cı ildə Şərur rayonunda anadan olub. 1998-ci ildən oxuduğu orta məktəbdə yeni açılan uşu idman növü ilə məşğul olmağa başlayıb. Dəfələrlə beynəlxalq turnirlərin qalibi olub. 2001-ci ildə Gürcüstan Respublikasında keçirilən yarışda Avroasiya çempionu, 2001-ci ildə Kiyevdə Avropa kubokunun qalibi olub. 2004-cü ildən peşəkar boks karyerasına Rusiyanın Moskva şəhərində başlayıb. 2007-ci ildən Ukrayna Respublikasında yaşayır. Ukraynaya köçmə səbəbi, 1 may 2007-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən bayram tədbirində qondarma DQR-in “bayrağını” cırdığına görə aldığı güllə yarası olub. Hazırda Ukraynanın Kiyev şəhərində yaşayır və karyerasını Ukraynada davam etdirir. Eyni zamanda Donetsk Beynəlxalq Universitetinin Beynəlxalq əlaqələr fakültəsində təhsil alır.
-Azərbaycanın xaricdə tanınmasında idmanın nə kimi rolu var?
-Beynəlxalq əlaqələrin ən mühüm sahələrindən biri də idmandır.Tarixə nəzər salanda bunun bariz nümunələri ilə qarşılaşmaq olur.Azərbaycan isə zəngin idman ənənələrinə malik olan bir dövlətdir.Müasir dövrdə idman ölkəmizdə cəmiyyətin bütün sahələrinə nüfuz edib. İdman insanların həyat fəaliyyətinə,yaşayış tərzinə,xalqların,dövlətlərin öz aralarında dini,irqi ayrı-seçkiliyə yol vermədən münasibətləri düzəltməsinə böyük təkan verir. İdman mərdlik,iradəlik,qəhrəmanlıq məktəbidir.Bu məktəb bütün cəmiyyətlərə çətinliklərə qalib gəlmək yollarını öyrədir. Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır.Beynəlxalq yarışlara,dünya və Avropa çempionatlarına,beynəlxalq məşq toplantılarına ev sahibliyi edir.Bunun nəticəsi olaraq idman ictimaiyyəti tərəfindən Azərbaycan idmançıları ciddi rəqib kimi qarşılanır.Beynəlxalq yarışlarda idmançılarımız qazandığı nailiyyətlərləölkəmizin bayrağını yüksəldir və ölkəmizi bütün dünyaya tanıdır. Bu isə öz növbəsində ölkəmizə şərəf və uğur gətirən ən gözəl amillərdən biridir.Bu uğurlar nəticəsində dünya ictimaiyyəti Azərbaycan kimi bir dövləti tanımağa başlayır.

ag1
-Bir idmançı kimi sizə Ukraynada münasibət necədir?
-Ukraynada yaşadığım müddət ərzində bu millətin yumşaq xasiyyətli, çox qonaqpərvər,irqi və dini mənsubiyyətinə görə insanlara fərq qoymadığınınşahidi oldum. İstənilən insan özünü bu ölkədəçox rahat hiss edə bilər.Əgər söhbət sırf bizim millətdən gedirsə, hər millətə olduğu kimi, bizədəçox yaxşı münasibət bəsləyirlər.Keçmiş sovet ölkələri içərisində Azərbaycan diasporununən geniş təmsil edildiyi ölkələrdən biri də məhz Ukraynadır.Ukraynada azərbaycanlıların öz milli-mədəni xüsusiyyətlərini, eləcə də ictimai və siyasi hüquqlarını qoruması üçün bütün şərait yaradılıb.Azərbaycan diasporu Ukrayna təşkilatları ilə sıx əməkdaşlıq edir və ölkələrimiz arasında dostluq əlaqələrinin güclənməsi yolunda intensiv çalışırlar. Mən isə özümü bir idmançı kimi Ukrayna komandasında heç vaxt qərib hiss etməmişəm.Qazandığım bütün uğurları məhz bu ölkənin mənə verdiyi dəstək nəticəsindəəldə etmişəm.

ag3
-Siz uzun müddətdir ki, xaricdə yaşayırsız. Xaricdə sizəkim müəllimlik edir?
– Bəli, doğru vurğuladınız, mən uzun müddətdir ki, ölkəmizdən kənarda yaşayır, ölkəmin tanınması uğrunda əlimdən gələni edir, idman sahəsində uğurlu çıxışlar edərək beynəlxalq arenalarda bayrağımızı qaldırıram. Xaricə getməmişdən əvvəl Bakıda Biləcəri qəsəbəsində Lokomotiv idman klubunda Mübariz Ağayevin səyi nəticəsində idmanın uşu növü ilə məşğul olurdum, hətta yaxşı nəticələrimdə var idi. Sonradan oxumaq üçün Rusiyanın Moskva şəhərinə yollandım. Ağali AlışovMəhz burada peşəkar boks idman növü ilə məşğul olmağa başladı. İlk müəllimim Azərbaycan əsilli Rusiyanın əməkdar məşqçisi Vaqif Şirinov olub.Bir müddət burada məşğul olduqdan sonra 2007-ci ildə Ukraynaya köçdüm və Kudryavçev Ruslan Viktoroviçin nəzarəti altında məşqlərimi davam etdirdim. Hazırda müəllimim türkiyəli idmançı Məhəmməd Əli Güneydir. Məşq proseslərimdə və yarışa hazırlığımda məhz bu insan mənə dəstək olur.
-Bayraq məsələsindən sonra ermənilərin sizə qarşı münasibəti, yəqin ki, daha pis olar?
-Ermənilərlə bizim tarix boyu problemlərimiz olub və hal-hazırdada bu problem davam etməkdədir.Həmişə bu hiyləgər millət bizə qarşı təxribatlar törədib.Belə təxribatlardan biri də məhz 2007-ci il mayın 1-də Moskvada Rusiya Xalqlar Dostluğu Universitetinin qarşısında oldu.Bu zaman erməni tələbələr qondarma DQR-in “bayrağı” dedikləri əsgi parçasını qaldırıb rəqs edirdilər.Mən isə yaxınlaşıb onlara öz etirazımı bildirdim.Bu zaman ölkəmə və millətimə qarşı tənqidi ifadələr işlətdilər.Mən isə bu zaman “bayraq” dedikləri əsgi parçasını onların əlindən alıb cırdım.Silahdan mənə atəş açdılar.Nəticədə mən qarın nahiyəmdən yaralandım. Bu hadisədən sonra, bəli, mənə qarşı təxribatlar olurdu.Hətta məni ölümlə belə,hədələyirdilər.Mən isə bunlara fikir vermirdim.

ag4
-Ümumiyyətlə, yarışlarda ermənilər sizə qarsı təxribat və hər hansı maneə törətməyəçalışıblarmı?
-Biz öz düzlüyümüz və təmizliyimiz ilə həmişə bir çox millətlərdən, xüsusən də ermənilərdən fərqlənmişik. Yarışlarda mənə qarşı hər hansı bir təxribatı hiss etməmişəm.Yarışlarda təxribatları məni uduzdurmağa çalışmaları ola bilər, onu da, şükür Allaha, döyüşlərimin, demək olar ki, hamısını nokautla bitirirəm. Hakimlərə heç bir ehtiyac olmur.
-Məğlub etdiyiniz erməni rəqibiniz olubmu?
– Bəli, olub. Bir neçə dəfə erməni rəqibi ilə qarşılaşmışam. Şükürlər olsun ki, hər dəfəsində üzüağ çıxaraq rəqiblərimə nokautla qalib gəlmişəm.
-Hazırda hansı yarışlara hazırlaşırsız?
-Hal-hazırda Avropada idman klublarının biri ilə müqavilə bağlayıb, burada yaşayıram.Məhəmməd Əli Güneyin səyi nəticəsində məşqlərimə davam edərək fevral ayının 26-da keçiriləcək yeni döyüşümə hazırlaşıram. İdmandan əlavə olaraq yeni Azərbaycan QƏLƏBƏ Gənclər Təşkilatı (AQGT) yaratmışam.Təşkilatın inkişafı yolunda həmfikir yoldaşlarla çalışırıq.Məqsədim bütün Avropa gənclərini, ən əsas da cəmiyyətdə söz sahibi olanları bir yerə yığıb, ölkəmizin inkişafı,tanınması yolunda addımlamaqdır.
Fuad Hüseynzadə

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın