Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Pensiyalara görə xüsusi komissiya yaradılacaq” – Nazir

“Pensiyalara görə xüsusi komissiya yaradılacaq” – Nazir

“Ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün gələn ilin büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bu məbləğin 1,3 milyard manatı DSMF-nın büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə yönəldiləcək”.
Moderator.az xəbər verir ki, bu barədə  Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov danışıb. Nazir bildirib ki, pensiya yaşına çatmış şəxslərin pensiyalarının yenidən hesablanması da nəzərdə tutulub: “Əgər əvvəllər pensiyaların baza və sığorta hissəsi vardısa, artıq pensiyaların maliyyələşdirilməsində dəqiq bölgü prinsipi var. Pensiyaların 1992-ci ilədək olan stajlar üzrə formalaşma öhdəlikləri, o cümlədən dövlət qulluqçuları, hərbi qulluqçular və bu kateqoriyaya olan şəxslərin pensiyalarına verilən əlavələr dövlət büdcəsinin öhdəlikləri hesab edilib. Hazırda biz Maliyyə Nazirliyi ilə birlikdə 1 mln. 3330 min nəfərin pensiyaçının hər birinin pensiya işini araşdırılırq. Yaxın zamanlarda Nazirlər Kabinetinin xüsusi qərarı ilə hökumət komissiyası yaradılacaq. Nəzərdə tuturuq ki, 6 ay ərzində 1 mln. 330 min pensiyaçının hər birinin işinə baxılsın və hər bir pensiya işində 1992-ci ildən nə qədər staj varsa o araşdırılacaq və bu stajlar üzrə ödənişlər hesablanacaq.
Məlumat üçün bidlirim ki, 1992-ci ildən başlayaraq 2016-cı ilədək hər bir il staj üçün 4,16 manat verilir. 1992-ci ilədək dövrdə sosial sığorta sistemi olmayıb, lakin hökumət həmin dövr üçün pensiya verməyi bir öhdəlik kimi üzərinə götürdüyü üçün bu dövlət büdcəsinin öhdəliyi sayılır. Komissiya işini bitirdikdə tam məbləğ ortaya çıxacaq. DSMF olaraq hesablamışıq. Lakin bu borc dövlət büdcəsinin borcu olduğu üçün belə qərar gəldik ki, xüsusi komissiya yaradılsın. Düşünürük ki, 6 ay ərzində bu prosesi yerinə yetirmək olar. Bundan sonra hər ilin büdcəsində dəqiq yazılacaq ki, dövlət büdcəsinin öhdəlikləri nə qədərdir və nəyin hesabına formalaşır”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …