Bazar , Oktyabr 2 2022
Ana səhifə / Aktual / Penitensiar Xidmətin rəisi Egey dənizində ada alıb?

Penitensiar Xidmətin rəisi Egey dənizində ada alıb?

Jurnalist Aygün Muradxanlı özünün sosial şəbəkə hesabında Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov barədə maraqlı məlumat paylaşıb. Azinforum.az jurnalistin həmin yazısını təqdim edir:

“Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Ceyhun Həsənov Egey dənizində mandarin adalarından birini alıb. Bodrumun Turqutrəis səmtində istirahət edən rəisin gözü üzü Yunanıstan tərəfə olan adalardan birini necə tutubsa, dərhal viskidaşıyanına Türkiyənin əmlak şirkətlərindən biri ilə alqı-satqı işini çözməyi əmr edib.

Artıq adada yaxta və katerlər üçün kiçik limanın təmirinə də başlanıb. Görənlər deyir, adanın ərazisindəki kafe-restoranlara yeni mövsüm hazırlıqları zamanı fasad və interyerləri qırmızıya boyamaq tələbi qoyulub. Görünür Ceyhun Həsənovun qırmızı rəngə düşkünlüyü pomidor biznesində fövqəladə uğur qazanmasından sonra baş verib. Bilənlər bilir, bilməyənlərə deyək ki, Ceyhun Həsənov ölkənin bütün cəzaçəkmə müəssisələrinə rəis təyin edilsə də kənd təsərrüfatı sektoruna da biganə deyil – Salyanda bir neçə ildir istixanalarda pomidor yetişdirir.

İndi Azərbaycan məmurları arasında özünü beynəlxalq biznes məkanında sınamaq dəbi var. Yəqin Ceyhun Həsənov da Salyanda pomidor, Bodrumda mandarin becərəcək. Day keçib, tövsiyə edirik Şri Lankada çay da əksin. İran “ağ ölüm” yuvasına çevirdiyi türmələrə nəzarət edir də, gözü arxada qalmasın”.

Həmçinin oxuyun

Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir, amma…

Jurnalistlər Sənan Həsənoğlu və İlqar Atabəylinin istintaqı yekunlaşıb, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. …