Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü – Yenilənib

Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü – Yenilənib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin inzibati binasının ərazisində baş verən yanğın söndürülüb.

Xidmətin ərazisində yerləşən yardımçı tikilidə baş verən qısaqapanma nəticəsində 10 kv.m sahədə stul və kağızlar yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində təxliyə edilən və xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, yanğın baş verən əraziyə iki təcili tibbi yardım briqadası da cəlb olunub.//apa

*********

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başlayıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …