Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Penitensiar Xidmətdən Lapşinin dediklərinə REAKSİYA:

Penitensiar Xidmətdən Lapşinin dediklərinə REAKSİYA:

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə həbs edilmiş blogger Lapşin Aleksandr Valeryeviç azadlığa buraxılıb.

Hələ məhkəmə prosesi zamanı “Mənim Azərbaycan xalqı qarşısında günahım yalnız mənəvi sahədədir, heç bir halda hüquqi müstəvidə deyil. Mən başa düşürəm ki, Qarabağ Azərbaycan üçün nə qədər vacibdir. Mən heç bir halda erməni hakimiyyəti ilə cinayət əlaqəsinə girməmişəm” açıqlamasını vermişdi.

Lakin o, İsrailə qayıtdıqdan sonra Azərbaycanda təzyiqə məruz qaldığını, döyüldüyünü açıqlayıb.

Məsələ ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov  bu açıqlamanın cəfəngiyyat olduğunu bildirib:

“Bildiyiniz kimi, Aleksand Lapşin Rusiya, Ukrayna və İsrail vətəndaşıdır. İstintaq altında saxlandığı müddətdə həmin ölkələrin səfirliklərinin nümayəndələri dəfələrlə ona baş çəkib. O cümlədən yaxın qohumları- anası, həyat yoldaşı onunla görüşüb. Əgər orada qanunazidd hərəkətlər olsaydı, həmin vaxt açıqlanardı. Ona görə də Lapşinin azadlığa çıxdıqdan sonra belə açıqlamalar verməsi cəfəngiyyatdan başqa bir şey deyil. Lapşin ucuz nüfuz qazanmaq niyyətlərindən əl çəkmir”.

Qurum rəsmisi deyib ki, Azərbaycanda saxlandığı müddətdə Aleksand Lapşinlə  rəftarla bağlı heç bir şikayəti olmayıb.
 
Milli Məclisin İnsan hüquqları Komitəsinin sədr müavini, yəhudi əsilli deputat Yevda Abramov Modern.az-a Lapşin barədə danışmağın əbəs olduğunu bildirib:
“O, heç kimdir. Onun sözlərinə əhəmiyyət verməyin. Sözü, şikayəti var idisə, burada olanda vəkili vasitəsilə açıqlayardı. İndi Azərbaycanın humanistliyi sayəsində azadlığa çıxıb, hələ bir nəsə açıqlama verir də. Lapşin heç kimdir, onu bu qədər şişirtməyin”.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, \”Azərbaycan Respublikasının dövlət sərhədi haqqında\”, \”Pasportlar haqqında\” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.
O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus \”http//puerrtto.livejournal.com\” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin \”müstəqilliyini\” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmişdi.
Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını \”arzuolunmaz şəxslər\” siyahısına daxil edib.
A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Azərbaycan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb.

Lapşin Belarusda tutularaq 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum etmişdi.

Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin  sentyabrın 11-də  Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalamışdı.

Azadlığa buraxılan Lapşin hazırda İsraildədir.

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …

Bir cavab yazın