Şənbə , Aprel 20 2024
Ana səhifə / “Penaltidən sonra həvəsdən düşdük” – Mahir Mədətov

“Penaltidən sonra həvəsdən düşdük” – Mahir Mədətov

“İlk dəfə əsas millidə oynadım. İstərdim ki, qələbə qazanaq. Hələ millinin tempinə uyğunlaşmamışam”.

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin hücumçusu Mahir Mədətov DÇ-2018-in seçmə mərhələsində Norveçə 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Yığmamızda rəsmi debüt edən 20 yaşlı futbolçu oyuna yaxşı başladıqlarını bildirib: “Qapımıza penalti təyin edildi və bundan sonra həvəsdən düşdük. İkinci hissəyə də pis başlamadıq. Hakim lehimizə olan penaltini təyin etmədi. Bundan sonra da avtoqol qeydə alındı. Rəqib bizdəm çox üstün deyildi”.

M. Mədətov çox lazımsız səhvlər etdiklərini vurğulayıb: “Norveçin bizdən bir neçə qat üstün olduğunu demək olmaz. Özümüz oyunu rəqibə verdik”.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın