Şənbə , Yanvar 16 2021
Ana səhifə / Aktual / Pedofillərin çoxalmasında günahkar kimdir? – PSİXOLOQ DANIŞIR

Pedofillərin çoxalmasında günahkar kimdir? – PSİXOLOQ DANIŞIR


Son zamanlar pedofiliyaya aid xəbərləri tez-tez eşidirik.
Üstü açılan cinayətlərdən əlavə, heç şübhəsiz onlarla uşaq hardasa cinsi zorakılığa məruz qalır, lakin bunu səsli dilə gətirməyə çəkinir, utanır. Və ya qorxduğu üçün ailəsindən gizli saxlayır. Psixoloq Aygün Cəfərova Medicina.az-ın mövzu ilə bağlı suallarını cavablayıb.


 – Pedofilya qurbanı olmuş uşaqlarda psixi pozuntular başa verə bilərmi?    – Əlbəttə. Bu travma onların həyatında mənfi bir iz buraxır. Hansı ki, bu iz onların qarşı cinslə münasibətində böyük problemlər yaradır. Hətta öz cinslərinə belə meyl edirlər. Onların insanlara qarşı inamı itir. Heç kimə inana bilmirlər. Daim qorxu və təşviş içində olurlar. Yəni bir sözlə bu hadisə qurbanlarının aldıqları travma onların həyatını puç edir.

– Pedofilləri necə tanıya bilərik?    – Onlar daim özlərini gizlətməyə çalışırlar. Buna görə də çox maskalanırlar. Əsasən çox səliqəli geyinirlər, özlərini sakit və mehriban göstərməyə çalışırlar.

– Bəs bu kimi halların qarşısını almaq üçün nələr etmək lazımdır?
– Bir pedofilin yetişməsində ilk öncə valideynin, sonra isə cəmiyyətin rolu olur. Çünki heç kim dünyaya pedofil olaraq gəlmir. Hər bir insanı ailə və cəmiyyət yetişdirir. Formalaşmaqda olan bir şəxs böyük travmalar alır və  həzz obyektlərində qeyri-obyektivlik yaranır. Ona görə də öncə valideyn və övlad münasibətlərində düzgün yanaşma bu kimi pozulmaların qarşısını almaq üçün ilkin etap ola bilər.

Həmçinin oxuyun

Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? – I HİSSƏ – TƏHLİL

Yanvar ayının 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri …